20:06 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Əlində mobil telefon tumuş əli qandallanmış adam

Mobil telefon: Hər gün, hər dəqiqə aldığımız ziyan

© Sputnik / Anar Mustafayev
Hi-Tech
Qısa URL
10410

Bu halda baş ağrısına və baş gicəllənməsinə səbəb olur

BAKI, 6 mart — Sputnik. Bugünkü günümüzü mobil telefonsuz təsəvvür etmək mümkün deyil. Səhər açılandan gecə yatana kimi ayrılmaz hissəmizə çevrilən mobil telefonlarsız özümüzü təsəvvür edə bilmərik.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, amma bu cihazın yanımızda olması bizim sağlamlığımız üçün zərərlidir və problemlər yarada bilər. Məsələn, arxa cibimizə telefonu qoyduğumuz zaman telefona əlimizlə toxunmadan belə telefonda olan bəzi nömrələrə zəng gedə bilər. Ön cibə telefon qoymaq olmaz. Xüsusilə kişilərdə hormonal problemin yaranmasına səbəb olur. Bəzi mənbələr bildirilər ki, qadınlar sinəyə yaxın mobil telefon tutarsa, döş xərçənginə səbəb ola bilər. Ombaya yaxın mobil telefon gəzdirən zaman omba sümükləri zəifləyir. Mobil telefonu dəriyə yaxın tutmaq olmaz. Bu zaman telefonda olan bakteriyalar dərimizə yapışa bilər.

Telefonu gecədən səhərə kimi uzun müddət enerji yığmasına imkan vermək olmaz. Bu, telefonu zəiflədir. Əgər hava soyuqdursa, o zaman telefonu çalışıb çox istifadə etməyin və bədəninizə yaxın tutmayın. İsti hava da telefon üçün zərərlidir. Belə havada telefonu günəş altında və ya avtomobildə qoymaq olmaz. Bu cihazı uşaq arabasına qoymaq körpələr üçün ziyanlıdır. Eyni zamanda yastığın altına telefonu qoyaraq yatmaq məsləhət deyil. Bu baş ağrısına və baş gicəllənməsinə səbəb olur.

Teqlər:
mobil telefon, ziyan, təhlükə

Əsas mövzular