CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Populyar sosial şəbəkədə problemlər yaranıb

CC0 / FirmBee / phoneРазговор по телефону в офисе. Архивное фото
Разговор по телефону в офисе. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ölkələrdə istifadəçilər sosial şəbəkəyə daxil ola və şəxsi lentlərinə nəzər sala bilməyiblər

BAKI, 26 yanvar — Sputnik. "Instagram"ın mövcud olduğu bütün ölkələrdə bu sosial şəbəkənin işində fasilələr yaranıb.

"Report" xəbər verir ki, bu barədə məşhur internet resurslarının iş fəaliyyətinə nəzər salan "Downdetector" servisinin rəsmi saytında məlumat yayılıb.

Problemlərin Bakı vaxtı ilə saat 22:13-dən yarandığı bildirilir.

“Downdetector”-un məlumatına görə, fasilələr İtaliya, İspaniya, Fransa, Hollandiya, Almaniya, Polşa, Ukrayna, Böyük Britaniya, ABŞ və Braziliyada yaranıb. Bu ölkələrdə istifadəçilər sosial şəbəkəyə daxil ola və şəxsi lentlərinə nəzər sala bilməyiblər. 

Xəbər lenti
0