16:34 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
Hi-Tech
Qısa URL
34010

Bütün bunlar smartfonların qiymətinin sürətlə artmasına səbəb ola bilər

BAKI, 15 yanvar — Sputnik. Smartfon, elektromobil və kompüterlərin kütləvi istehsalı təhlükədədir. Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, buna akkumulyatorların istehsalı zamanı istifadə edilən kobaltın qiymətinin kəskin artması səbəb ola bilər.

Ötən il bu metalın qiyməti 1 ton üçün 33,2 min dollardan 75 minə kimi qalxıb.

Bir smartfonun istehsalı zamanı 5-10 qram, noutbuk üçün 30 qram, elektromobilin batareyası üçün isə 5-20 kiloqram kobalt istifadə olunur.

Hazırda dünyada 6 milyon ton bəlli kobalt ehtiyatı var. Konqo Demokratik Respublikasında bu ehtiyatın yarıdan çoxu — 3,4 milyon tonu cəmləşib. Bundan əlavə, Avstraliyada 1 milyon ton, Kubada 500 min ton, Filippində 290 min ton, Kanada və Zambiyanın hər birində 270 min ton, Rusiyada 250 min ton kobalt mövcuddur. Ekspertlər bildirilər ki, hazırda dünyada mövcud olan bütün benzin avtomobilləri elektrik avtomobillərinə dəyişilsə, 14 milyon ton kobalt lazım olar. Bu isə dünyadakı kobalt ehtiyatından 2 dəfə çoxdur.

Konqoda iqtisadi və siyasi vəziyyətin qeyri-stabil olması vəziyyəti bir qədər də pisləşdirir.

Bütün bunlar smartfonların qiymətinin sürətlə artmasına səbəb ola bilər. Ekspertlər vəziyyətdən çıxış yolunu akkumulyatorlardakı kobaltı başqa metalla əvəz etməkdə görürlər.

Əlaqədar

Tələbələr smartfon asılılığından əziyyət çəkir
Qaranlıqda kompüter və smartfondan istifadə etməyin
Smartfon sahiblərinə xəbərdarlıq: təhlükəli virus...
Yayın ən güclü smartfonları bəlli oldu
Smartfonlar üçün dünyanın ən böyük yaddaşa malik çipləri istehsal olunub
Teqlər:
kobalt, elektromobil, bahalaşma, kompüter, smartfon, qiymət

Əsas mövzular