CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Vikipediya"nın Azərbaycan bölməsinin aktiv istifadəsçilərinin sayı açıqlandı

© Sputnik / Murad Orujov"Vikipediya"-nın Azərbaycan üzrə koordinatoru Elnur Eltürk
Vikipediya-nın Azərbaycan üzrə koordinatoru Elnur Eltürk - Sputnik Azərbaycan
Abunə olmaq
Elnur Eltürk: "Vikipediya" həm də həqiqətlərimizin dünyaya çatdırılması üçün uğurlu vasitədir"

BAKI, 12 yanvar — Sputnik. ""Vikipediya"da 40 milyon məqalə mövcuddur". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk deyib.

O bildirib ki, son bir ayda "Vikipediya"nın Azərbaycan bölməsinin 700-ə yaxın aktiv istifadəçisi olub: "Vikipediya" milyardlarla girişi olan resursdur. İdarəçilər və fəallar tərəfindən "Azərbaycan Vikipediya"da 130 mindən çox məqalə yaradılıb".

"Vikipediya"da 200-dən çox dil qrupu mövcuddur. Azərbaycan burada 51-ci yerdə qərarlaşıb. İstərdik ki, bizim elm adamları da "Vikipediya"da fəal olsunlar. "Vikipediya" həm də həqiqətlərimizin dünyaya çatdırılması üçün uğurlu vasitədir" — E.Eltürk vurğulayıb.

Xəbər lenti
0