CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kompüterinizdə bu yenilənməni tətbiq etməyin: Onda Windows...

© pixabay / Free-PhotosРабота за компьютером, фото из архива
Работа за компьютером, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Microsoft və AMD bu problemin həlli üzərində işləyir

BAKI, 10 yanvar — Sputnik. Microsoft şirkəti "Windows"un "Spectre" və "Meltdown" problemlərini aradan qaldıran yenilənmələrinin yayılmasını dayandırıb. Bu, istifadəçilərin kompüterlərin artıq işə düşməməsi barədə şikayətlərindən sonra baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, şikayətlər AMD prosessorunun əsasında işləyən kompüterlərin sahibləri tərəfindən edilib.

"Tədqiqat aparıldıqdan sonra məlum olub ki, AMD-nin bəzi çipsetləri ilə bağlı problemlər mövcuddur" — şirkətdən bildirilib.

Hazırda Microsoft və AMD bu problemin həlli üzərində işləyir.

Xəbər lenti
0