16:05 22 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0459
  • RUB0.0222
Hi-Tech
Qısa URL
1091411

Violetta Maylyan şirkətə qarşı nəhəng məbləğdə iddia qaldırıb

BAKI, 27 dekabr — Sputnik. Amerikanın Kaliforniya ştatından olan Violetta Maylyan "Apple" şirkətinə qarşı məhkəmə qaaydasında bir trilyon dollarlıq iddia qaldırıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Patently Apple" məlumat yayıb.

Bir qədər əvvəl "Apple" etiraf etmişdi ki, "iPhone"-un bir sıra köhnə modellərinin işinin sürətini qəsdən azaldır. Bu isə istifadəçilərin etirazına səbəb olub.

Narazılardan biri də erməni əsilli ABŞ vətəndaşı Violetta Maylyandır. Qadın "iPhone"-un sürətini qəsdən zəiflətdiyinə görə texnologiya nəhənginə qarşı məhkəmə qarşısında 999999999000 dollarlıq (təqribən 1 trilyon) təzminat davası açıb.

"İzvestiya"nın xəbərinə görə, "Apple" əleyhinə eyni ittihamla Nyu York sakini Raisa Drentivi də çıxış edib. Onun kompensasiya tələbi də kifayət qədər ciddi məbləğdədir. Qadın şirkətdən 100 milyon dollar istəyir.

Əlaqədar

"Apple" telefonunda səhv tutdu, iki min dollar qazandı
"Apple"nin gəlirləri astronomik həddə çatıb
"Apple" iş elanı niyə saytda gizlətdi?
Apple zəngləri sizdən icazəsiz yazır
"Apple" şirkətinin prezidenti türkcə mesaj paylaşdı
Teqlər:
"iPhone", bir trilyon dollarlıq iddia, Violetta Maylyan, "Apple" şirkəti, Amerika, məhkəmə

Əsas mövzular