CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mask, Marsa göndəriləcək ilk avtomobili göstərdi – FOTO

© Photo : Instagram / elonmuskİlon Maskın avtomobili
İlon Maskın avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Mask Marsa şəxsi avtomobili “Tesla Roadster”i göndərmək niyyətindədir

BAKI, 23 dekabr — Sputnik. “SpaceX” və “Tesla”nın yaradıcısı İlon Mask Mars planetinə göndərəcəyi avtomobilin fotosunu yayımlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Mask “Falcon Heavy” raketi ilə kosmosa yola salacağı avtomobilin görüntüsünü “Instagram”da dərc edib.

A post shared by Elon Musk (@elonmusk) on Dec 22, 2017 at 10:47am PST

Mask Marsa şəxsi avtomobili “Tesla Roadster”i göndərmək niyyətindədir. “SpaceX” şirkəti ağır “Falcon Heavy” raketini ilk dəfə 2018-ci ilin yanvarında kosmosa göndərmək niyyətindədir. Raketin sınağı 2017-ci ilin sentyabrında başa çatıb.

Raket Yer ətrafı orbitə 63 ton, Marsa isə 17 ton yük çatdırmaq qabiliyyətinə malikdir.

Xəbər lenti
0