CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bundan sonra “Bluetooth” daha sürətli olacaq

CC0 / Free-Photos / Cell PhoneMobil telefon, arxiv şəkli
Mobil telefon, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Funksiya çexolu açan zaman smartfona avtomatik qoşulan "iPhone" və simsiz "AirPods" qulaqcıq istifadəçilərinə tanış gələcək

BAKI, 13 noyabr — Sputnik. "Google" şirkəti "Bluetooth" aksessuarlarını "Android" sistemli qurğulara tez qoşmağa imkan verən yeni "Fast Pair" texnologiyasını təqdim edib.

AZƏRTAC xəbər verir ki, funksiya çexolu açan zaman smartfona avtomatik qoşulan "iPhone" və simsiz "AirPods" qulaqcıq istifadəçilərinə tanış gələcək. "Fast Pair" oxşar şəkildə işləsə də, bağlantını iki qurğunu bir-birinə yaxınlaşdırmaqla qurmağa imkan verir.

Bununla bağlı məlumatda qeyd olunur ki, "Fast Pair" funksiyası "Android 6.0", yeni "Google Play Services 11.7" və daha yeni əlavə versiyalarını dəstəkləyən "Android" sistemli smartfonlarla işləyir. Hazırda texnologiyanı "Google Pixel Buds", "Libratone Q Adapt On-Ear" və "Plantronics Voyager 8200" kimi məhdud qulaqcıq modellər sırası dəstəkləyir.

Xəbər lenti
0