CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Facebookdan əhəmiyyətli qadağa...

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidFacebook sosial şəbəkəsi
Facebook sosial şəbəkəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni sistem sayəsində isə problemlər ani aradan qaldırılacaq

BAKI, 5 noyabr — Sputnik. Facebook intiqam pornolarına qarşı qadağa tətbiq edəcək. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Facebook pornoqrafik görüntülərin şəbəkədə yayılmasının qarşısını ala bilmək üçün təhlükəsizlik sistemi üzərində çalışır və ilk testlərin edilməsinə başlanılıb.

"Revenge Porn" adlanan proqram bu videoların yüklənmədən əngəllənməsinə səbəb olur. Pilot layihə olaraq şirkət Avstraliyada işləməyə başlayıb. Bundan sonra fotolar yüklənərkən bir çox səviyyədə yoxlama sistemi işə düşəcək. əgər narahatedici məqamlar olarsa fotolar şəbəkədən silinəcək.

Bildiyiniz kimi, Facebookda bir çox şəkil və videolardan narahat olduğunuz zaman şikayət edə bilirsiniz və təhlükəsizlik qrupu bir müddət gözlədikdən nəticəni açıqlayır. Yeni sistem sayəsində isə problemlər aradan qaldırılacaq.

Şirkət bu yeni sistemi daha sonra Birləşmiş Krallıq və Kanada da sınayacaq.

Xəbər lenti
0