CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu addım ilk dəfə müsəlman ölkəsində atıldı

© AFP 2023 / FAYEZ NURELDINE Эр-Рияд
Эр-Рияд - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxt Riyadda keçirilən təqdimat mərasimində Sofiyaya Səudiyyə Ərəbistanı vətəndaşlığı verilib

BAKI, 27 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanı dünyada bir ilkə imza atıb. Riyad hökuməti, məşhur amerikalı aktrisa Audrey Hepburna bənzəyən Sofiya adlı robota vətəndaşlıq verib.

Sputnik Azərbaycan "İndependent"-ə istinadən xəbər verir ki, paytaxt Riyadda keçirilən təqdimat mərasimində Sofiyaya Səudiyyə Ərəbistanı vətəndaşlığı verilib.

“Hazırda tarixi bir ana şahidlik edirik. Dünyada ilk dəfə bir robota vətəndaşlıq verilir” — tədbirin aparıcısı deyib.

İnsanabənzər robotlar hazırlayan amerikalı elm adamı David Hansonun “Sofiya” adlı robotu müxtəlif mimikalara və jestlərə malikdir. İnsanlarla birgə yaşamaq istədiyini deyən Sofiya adlı robot, onların duyğularını anlamağa çalışdığını söyləyib.

Xəbər lenti
0