10:03 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Pulsuz Wi-Fi zonası, arxiv şəkli

Avropa pulsuz Wi-Fi-ya keçir

© Sputnik / Ramil Sitdikov
Hi-Tech
Qısa URL
16 0 0

Avropa İttifaqı "WiFi4EU" layihəsi çərçivəsində bələdiyyə binalarında, kitabxanalarda, parklarda və digər ictimai yerlərdə pulsuz kabelsiz internet xidmətini təmin etməyə başlayacaq

BAKI, 10 oktyabr — Sputnik. Avropa İttifaqı (Aİ) bələdiyyə binalarında, kitabxanalarda, parklarda və digər ictimai yerlərdə pulsuz kabelsiz internet xidmətini təmin etməyə başlayacaq.

Sputnik Azərbaycan "Doğan" xəbər agentliyinə istinadla xəbər verir ki, qanun çərçivəsində Aİ daxilində 2020-ci ilədək ən az 6 min bölgədə yüksək sürətdə kabelsiz internet xidməti təmin ediləcək. Avropa Parlamentində layihəyə dair rəsmi müqavilə may ayında imzalanıb.

Estoniyalı nazir Urve Palo deyib ki, "WiFi4EU" layihəsi bir çox vətəndaşın yüksək sürətli internetə daxilolmasını təmin edəcək, bələdiyyə, kitabxana və digər dövlət qurumlarına rəqəmsal xidmətlərini dəstəkləmə imkanı verəcək.

Aİ-nin pulsuz kabelsiz internet layihəsi üçün ayırdığı maliyyə 120 milyon avro olacaq. Layihənin icrasına 2018-ci ilin ilk aylarında başlanacaq.

Əlaqədar

Hər şeyin halalı var idi, bir internet qalmışdı
Dünyada nə qədər internet resurs mövcuddur
"Delta Telecom": Bakının internet təchizatında 1% problem var
İnternet pulsuz olacaq
Ekspert: “İctimai internet şəbəkəsini quran şirkətlər internetin sürətini artırmalıdır”
Teqlər:
pulsuz internet, , Avropa parlamenti, Avropa İttifaqı, Urve Palo

Əsas mövzular