CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfsanəvi proqram bundan sonra komputerinizdə olmayacaq

© AFP 2023 / FRED DUFOURMicrosoft logo
Microsoft logo - Sputnik Azərbaycan
Abunə olmaq
Hər il təqribən 100 milyona yaxın istifadəçi bu proqramdan əyləncə kimi istifadə edirdi

BAKI, 24 iyul — Sputnik. Komputer proqramları yazılımı üzrə dünyaca məşhur Microsoft şirkəti, yeni "Windows 10" modelində şəkilçəkmə proqramı "Paint" bölməsinin olmayacağını açıqlayıb.

Sputnik Azərbaycan "İndependent"-ə istinadən xəbər verir ki, 32 illik proqramın silinməsinə səbəb, istifadəçilərin "Paint" bölməsində kifayət qədər aktiv olmamasıdır.

Microsoftdan verilən açıqlamada qeyd olunur ki, hər il təqribən 100 milyona yaxın istifadəçi bu proqramdan əyləncə kimi istifadə edirdi. "Bu say bizi qane etmir" — şirkətdən bildirilib.

Xəbər lenti
0