CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüz altmış giqabaytlıq məlumatı bir saniyədə yükləyəcəksiniz

© Sputnik / Сергей Пятаков / Mediabanka keçidMikroçip
Mikroçip - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni mikroçipin sayəsində yüz altmış giqabaytlıq film bir saniyədə yüklənəcək

BAKI, 11 fev — Sputnik. ABŞ-ın texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış transmilli “International Business Machines (IBM)” şirkəti tərəfindən internetdə məlumatın ötürülməsini 400 dəfə sürətləndirəcək mikroçip hazırlanıb. Bu mikroçip vasitəsilə 160 giqabaytlıq film bir saniyədə yüklənəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu çip şirkətin İsveçrənin Lozanna şəhərində fəaliyyət göstərən laboratoriyasında hazırlanıb. Yeni çip internetdə məlumatları genişzolaqlı şəbəkə üçün infrastrukturun yaradılması ilə məşğul olan “Google Fiber”dən 400 dəfə sürətlə ötürəcək.

Xəbər lenti
0