11:05 22 Noyabr 2017
Canlı yayım
Kiberhücum

“Android”lərə edilmiş kiberhücumlardan dəyən ziyan astronomik həddə artıb

© Foto: pravdaurfo.ru
Hi-Tech
Qısa URL
2220 0 0

2015-2016-cı illərdə istifadəçilər haker əməliyyatları nəticəsində 5 milyon dollardan çox vəsait itiriblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 471 faiz yüksəkdir.

BAKI, 15 okt — Sputnik. “Group-IB” şirkəti “Android” sistemi ilə işləyən qurğulara qarşı həyata keçirilmiş hücumların sayında rekord artım qeydə alıb.

2015-2016-cı illərdə istifadəçilər haker əməliyyatları nəticəsində 5 milyon dollardan çox vəsait itiriblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 471 faiz yüksəkdir.

Sputnik şirkətin saytına istinadla xəbər verir ki, bu məlumatlar “CiberCrimeCon 2016” konfransında təqdim edilmiş şirkətin hesabatında əksini tapıb.

Hesabatda vurğulanıb ki, kibercinayətlərin həyata keçirilməsində əsas motiv bir qayda olaraq, iri məbləğdə pul qazanmaqdır.

Hər gün 350 “Android” istifadəçisi hakerlərin qurbanı olur ki, onların hər biri orta hesabla 60 dollar itirir. Bu halda qeyd edilir ki, mobil qurğular üçün troyanlar, demək olar ki, fərdi kompüterlər üçün virusları geridə qoyub.

Əsas mövzular