CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu dəsmal və geyimlər yuyulmadan belə təmiz və təzə qalacaqlar

© Photo : fainaidea.comDəsmal
Dəsmal - Sputnik Azərbaycan
Abunə olmaq
"JPLiving SilverBamboo" özü-özünü təmizləyən dəsmallar və paltarlarla bağlı yeni inqilabi layihədir.

BAKI, 8 sent-Sputnik. "JPLiving SilverBamboo" özü-özünü təmizləyən dəsmallar və ola bilsin ki, gələcəkdə paltarlarla bağlı yeni inqilabi layihədir.

Artıq "JPLiving SilverBamboo" layihəsi "Kickstarter"in maliyyələşdirilməsinə hazırlaşır.

Sputnik "fainaidea.com" saytına istinadla xəbər verir ki, "JPLiving SilverBamboo" dəsmalları bambuk və gümüşün qarışığından hazırlanıb. Çünki bambukla gümüş dəsmalın tərkibindəki bakteriyaları məhv etməyə qadirdir.

Beləliklə, istifadə edilən dəsmal öz tərkibi sayəsində istifadədən sonra təmiz qalır.

Sanitar normalarına görə, hər dəfə dəsmalın istifadəsindən sonra onu yumaq lazımdır.

Amma belə sanitar normalar digər tərəfdən xeyli miqdarda suyun və kimyəvi yuyucuların işlədilməsinə səbəb olur.

Bu yeni yuyulmayan dəsmallar adi dəsmallarla müqayisədə uzun müddət istifadə ediləcək, öz yumşaqlığını və təzəliyini qoruyacaq.

Xəbər lenti
0