Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı alimlərdən inqilabi yenilik

CC0 / PublicDomainPictures / eyesЧеловеческий глаз. Архивное фото
Человеческий глаз. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Videotəsvirdə insanın baxış istiqamətini dəyişdirmək mümkün olub.

BAKI, 26 avq-Sputnik. Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun (Skoltex) alimləri tərəfindən hazırlanmış alqoritm real vaxt rejimində videotəsvirdə insan baxışının istiqamətini dəyişdirir.

Sputnik-in məlumatına görə, videorabitə (məsələn, "Skype") ilə danışıq zamanı həmsöhbətlər, adətən, kameraya deyil, ekrana baxır və bunun nəticəsində onun baxışı ya aşağı, ya da kənara zillənmiş olur. Eyni anda mətn oxumalı və tamaşaçılara baxmalı olan televiziya diktorları da oxşar problemlə üzləşir.

"Skoltex"in alimləri kompüterin neyron şəbəkəsinə əsaslanan sistem yaradıblar. İlk öncə xüsusi alqoritmin köməyi ilə kadrda gözün sahəsi məhdudlaşdırılır və xarakterik nöqtələr toplusu hesablanır. Bu məlumatlar neyroşəbəkəyə daxil olur və insanın baxış istiqamətini dəyişir.

İstehsalçılar hesab edirlər ki, onların layihəsi yalnız videorabitə üçün deyil, həm də foto və kino sənayesi üçün zəruridir.

Xəbər lenti
0