CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyada ən sürətli mobil internet haradadır?

CC0 / FirmBee / internetmobil internet
mobil internet - Sputnik Azərbaycan
Abunə olmaq
"OpenSignal" şirkəti dünya reytinqini açıqlayıb.

BAKI, 18 avq-Sputnik. Dünyada ən sürətli mobil internet üzrə ölkələrin reytinqi dərc edilib.  

Bu barədə mobil şəbəkə infrastrukturunun inkişafına dair iri tədqiqatlar aparan Britaniyanın "OpenSignal" şirkətinin mütəxəssisləri məlumat veriblər.

Şirkətin rəsmi saytında dərc edilən hesabatda qeyd olunub ki, ən sürətli mobil internet Koreya Respublikasında qeydə alınıb. Sonra reytinqdə Sinqapur, Avstraliya, Macarıstan və Danimarka yer alıblar. Üçüncü və dördüncü nəsil mobil rabitəsinə görə isə Norveç, Yaponiya, Litva, İsveç və Niderland daha yaxşı inkişaf edib. Rusiya Federasiyası mobil internet sürətinin reytinqində Küveyt və Cənubi Afrika Respublikasını geridə qoyaraq 50-ci yerdə qərarlaşıb. Kosta-Rika və Əfqanıstan isə 94 və 95-ci yerləri tutub.

Bu statistik məlumatlar 2016-cı il mayın 1-dən iyulun 23-dək olan dövrü əhatə edir.

Xəbər lenti
0