CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkədə yeni rekord

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidFacebook sosial şəbəkəsi
Facebook sosial şəbəkəsi - Sputnik Azərbaycan
Abunə olmaq
İstifadəçilərin sayı 2 milyarda çatıb

BAKI, 30 iyun — Sputnik. Dünyada ən çox istifadə edilən sosial şəbəkə olan Facebook daha bir rekorda imza atıb. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, Facebook-da aylıq aktiv istifadəçi sayı 2 milyarda çatıb.

2012-ci ilin oktyabrında 1 milyard istifadəçiyə çatan Facebook 5 ildən qısa zamanda auditoriyasını 2 dəfə artıra bilib. Facebook bu aktivlik sayəsində ötən il 27 milyard dollar reklam gəliri əldə edib.

Hazırda şirkət rəqiblərini xeyli qabaqlayır. Facebook-dan sonra ikinci ən böyük auditoriya YouTube platformasına məxsusdur. Burada aylıq 1.5 milyard istifadəçi aktiv olur. Populyar platformalardan Twitter isə 328 milyonluq auditoriyası ilə aktiv olmağa davam edir. Son statistikaya görə Tumblr 550 milyon, Snapchat 300 milyon, Pinterest 150 milyon istifadəçiyə malikdir.

Facebook-a aid olan digər platformalarda – Whatsapp və Messenger-də aylıq istifadəçi sayı 1.2 milyard, Instagram-da isə 700 milyondur.

Xəbər lenti
0