05:45 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0614
  • RUB0.0236
Hi-Tech
Qısa URL
38

Azər Badamov: Uşağın saatlarla internetdə olmasına icazə verilməməlidir. Valideynlərə nəzarəti gücləndirməyi, internetdən müəyyən məhdudiyyətlərlə istifadə edilməsini təklif edirəm.

BAKI, 30 apr — Sputnik. Hər bir valideyn uşağın normal, psixoloji sağlam tərbiyə olunmasında yaxından iştirak etməyə borcludur. Buna görə də uşağın saatlarla kompüter arxasında və ya telefonla internetdə olmasına icazə verilməməlidir. Valideynlərə bununla bağlı nəzarəti gücləndirməyi, internetdən müəyyən məhdudiyyətlərlə istifadə edilməsini təklif edirəm.  

Sputnik xəbər verir ki, bunu millət vəkili Azər Badamov dünən keçirilən Milli Məclisin plenar iclasında deyib. 

Millət vəkili bildirib ki, qanunlarla bu vəziyyət tənzimlənməlidir. "Telekommunikasiya haqqında" Qanunda ediləcək dəyişiklik də uşaqların sağlamlığına, inkişafına ziyan vuran informasiyadan qorunması üçün  internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə etmək imkanlarını təmin edəcək. İnternetdən istifadə etməklə bağlı başqa qanunlarda dəyişikliklər edilməsini vacib sayıram. 

O, hesab edir ki, ümumiyyətlə, internet şəbəkəsində buraxılan informasiyalar süzgəcdən keçirilməlidir: “Mentalitetimizə uyğun gəlməyən çarx halında buraxılan reklam informasiyaların qabağı alınmalıdır. İnternet məkanında olduğumuz zaman özümüzdən asılı olmayaraq elə reklam çarxları səhifədə peyda olur ki, bu, nəinki uşaq psixologiyası hətta böyüklərin psixologiyasına da müəyyən təsir göstərir. Bu sahədə müəyyən tənzimlənmələrin aparılmasının tərəfdarıyam”.   

Əsas mövzular