ELM

Canlı və nəfəs alan kompüterlər yaradılıb

© AzərtacCanlı kompüter
Canlı kompüter - Sputnik Azərbaycan
Abunə olmaq
Kanadanın Monreal Makgill Universitetinin ABŞ, Niderland, İsveç və Almaniya alimlərindən ibarət qrupu yeni bioloji superkompüterin uğurlu sınaqlarını keçirib.

BAKI, 3 mart-Sputnik. Kanadanın Monreal Makgill Universitetinin ABŞ, Niderland, İsveç və Almaniya alimlərindən ibarət qrupu yeni bioloji superkompüterin uğurlu sınaqlarını keçirib. Onlar yeddi il tədqiqat apardıqdan sonra canlı orqanizm prinsipi üzrə işləyən yeni çipin riyazi modelini ərsəyə gətirməyə nail olublar.

Sputnik AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlki superkompüter modelləri ölçülərinə görə basketbol meydançasına bərabər olub. Lakin alimlərin təqdim etdiyi yeni model kitabın ölçüsündən heç də böyük deyil. Onun prosessorunun ölçüsü 1,5 santimetr olmaqla adi kompüterin prosessorunun ölçüsündən xeyli kiçikdir. Biokompüterlərin ən böyük üstünlüyü isə onların ənənəvi superkompüterlərlə müqayisədə az enerji sərf etməsindədir.

Alimlərin fikrincə, onların təqdim etdiyi texnologiya canlı hüceyrələr əsasında işləyən "nəfəs alan" superkompüterlər dövrü istiqamətində atılan ilk addımdır.

Tədqiqat müəlliflərindən olan Den Nikolau bildirib ki, hələ həll edilməli çoxlu məsələ var ki, onlardan da ən başlıcası bioloji superkompüterin hibrid hesablama sisteminin yaradılması üçün adi kompüterlə uyğunlaşdırılmasıdır.

Xəbər lenti
0