16:46 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
Hi-Tech
Qısa URL
291 0 0

Psixoloq: İnanın ki, internet vasitəsilə edilən evliliklərin 90%-i boşanmalarla nəticələnir.

BAKI, 28 okt – Sputnik. Praktika göstərir ki, özünə internet vasitəsilə yoldaş axtaranların cəhdləri uğursuzluqla nəticələnir. Türkiyəli psixoloq Kərəm Toksat, bu evliliklərin 90%-nin boşanma ilə nəticələndiyini açıqlayıb.

“Təklik qorxusu gənc insanları virtual evliliklərə yönəldir. İnternetdə sürətlə artan evləndirmə saytları vasitəsilə birləşən ürəklər, göz açıb qapayanadək bir-birindən soyuyur. Və nəticəsi boşanma olur. Çünki düşünmədən evlənirlər”, deyə psixoloq bildirib. 

Bucür evliliklərə diqqət çəkən Toksat, "İndiki dövrdə internet evlilikləri çox məşhurdur. İnsanlar sosial saytlarda tanıdıqları kəslərlə tanımadan evlənirlər, sonra da "xəyalımdakı bu deyil" deyərək ayrılırlar"deyib.

Türkiyəli psixoloq daha sonra bunları əlavə edib: "Heç kim evləndirmə saytlarının qarşısını ala bilmir. Təklik qorxusu insanları bu cür saytlara yönəldir. Heç tanımadan, düşünmədən evlənirlər. Uzun saçlarına, gözünə görə evlilik qərarı verirlər. Sürətlə baş tutan evliliklər çox tez bitir. İnanın ki, internet vasitəsilə edilən evliliklərin 90%-i boşanmalarla nəticələnir".

Əsas mövzular