07:27 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Hi-Tech
Qısa URL
12021

“Akamai Technologies” şirkəti tərəfindən 2014-cü ilin sonuncu rübü üçün internet bağlantılarının sürətinin təhlilinin nəticələri üzrə tərtib edilən siyahıda Cənubi Koreya birinci yeri tutub.

BAKI, 28 avq — Sputnik. “Akamai Technologies” şirkəti tərəfindən 2014-cü ilin sonuncu rübü üçün internet bağlantılarının sürətinin təhlilinin nəticələri üzrə tərtib edilən siyahıda Cənubi Koreya birinci yeri tutub. Ölkədə orta 22,2 Mbit/saniyə sürətində bağlantı göstəricisi yaxın izləyici ölkələrdən xeyli uzaqlaşmağa imkan verib. Ötən illə müqayisədə sürət 1,6 faiz artıb.

İkinci yerdə orta sürətin 16,8 Mbit/saniyə olduğu Honkonq qərarlaşıb. Sürət ötən illə müqayisədə 37 faiz yüksəlib.

Reytinqdə üçüncü yerə Yaponiya layiq görülüb. Burada orta sürət 15,2 Mbit/saniyə olmaqla ötən ilə nisbətdə 16 faiz artıb. Dördüncü pillədə sürət göstəricisi 14,6 Mbit/saniyə təşkil edən İsveç qərarlaşıb. Sürətdə ötən illə müqayisədə 34 faiz artım qeydə alınıb.

Beşinci yerdə orta sürəti 15,2 Mbit/saniyə olan İsveçrə qərarlaşıb. Ötən illə müqayisədə sürət 21 faiz yüksəlib. Altıncı mövqedə sürət göstəricisi 14,2 Mbit/saniyə təşkil edən Niderlanddır. Bu ölkənin sürət göstəricisi ötən illə müqayisədə 15 faiz artıb.

Siyahıda yeddinci yerdə 13 Mbit/saniyə göstəricisi ilə Latviya yer alıb. Sürət ötən illə müqayisədə 25 faiz yüksəkdir. Səkkizinci pillədə qərarlaşan İrlandiyanın göstəricisi 12,3 Mbit/saniyə təşkil edir. Ötən ilə nisbətdə sürət 8,4 faiz artıb.

Doqquzuncu yerdə Çexiya qərarlaşmaqla göstəricisi 12,3 Mbit/saniyəyə bərabərdir. Sürət ötən illə müqayisədə 8,4 faiz yüksəlib. İlk onluğu tamamlayan Finlandiyanın göstəricisi 12,1 Mbit/saniyə təşkil edir. Ötən ilə nisbətdə sürətdə 33 faizlik artım müşahidə olunur.

Həmçinin 2014-cü ilin sonunda ABŞ-da internetin sürəti 11,1 Mbit/saniyə, Böyük Britaniyada 10,9 Mbit/saniyə, Kanadada 10,7 Mbit/saniyə, Almaniyada 8,8 Mbit/saniyə, Fransada 7,1 Mbit/saniyə təşkil edib.

Teqlər:
internet, yüksək sürətli internet, sürətli internet, ən yüksək sürətli internet, internet sürəti, Akamai Technologies şirkəti

Əsas mövzular