10:48 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
IBM PC

“IBM” korporasiyasının ilk fərdi kompüter istehsalından 34 il keçir

extremetech.com
Hi-Tech
Qısa URL
5711

Hazırda planetin əhalisinin əksəriyyəti öz həyatlarını internetdən istifadəyə, elektron məktublar yazmağa və qəbul etməyə, informasiya saxlamağa, musiqi dinləməyə, kino izləməyə, fotoşəkillər redaktə etməyə və digər məsələləri həll etməyə imkan verən fərdi kompüterlərsiz təsəvvür etmir.

BAKI, 12 avq — Sputnik. Hazırda planetin əhalisinin əksəriyyəti öz həyatlarını internetdən istifadəyə, elektron məktublar yazmağa və qəbul etməyə, informasiya saxlamağa, musiqi dinləməyə, kino izləməyə, fotoşəkillər redaktə etməyə və digər  məsələləri həll etməyə imkan verən fərdi kompüterlərsiz təsəvvür etmir.

1981-ci il avqustun 12-də Amerikanın “International Business Machines” (IBM) şirkəti öz fərdi kompüterini – “IBM PC 5150” modelini təqdim edib. Sözügedən qəhvəyi rəngli adi plastik "qutu" ilk fərdi kompüter (FK) sayılmır: “Apple”, “Atari”, “Commodore” şirkətləri o vaxtadək artıq mikrokompüter adlanan aparat yaratmışdılar. Lakin məhz “5150” modeli ilə FK sənayesində inqilab başlanıb.

İstehsala yanaşma inqilabi olub: rəqiblərdən geri qalmamaq və xərclərin azaldılması üçün “IBM”-çilər müxtəlif tədarükçülərin komponentlərindən istifadə ediblər. Məsələn, mikroprosessoru “Intel” korporasiyası, “MS DOS” əməliyyat sistemini isə “Microsoft” şirkəti hazırlayıb. Nəticədə o dövr üçün rekord sayılan 12 ay müddətində tamamilə yeni FK yaradılıb və qiyməti 1500 dollar olub. Bu FK 4.77 takt tezlikli mikroprosessor və 16 kb yaddaşla təchiz olunmuşdu.

“IBM” korporasiyası 5 il müddətində təxminən 250 min kompüter satmağı planlaşdırırdı. Lakin gözləniləndən də böyük uğur əldə edilmişdi: yalnız birinci ayda 240 mindən çox FK satılmışdı. Standart dəstə, həmçinin klaviatura və rəngli qrafik adapter daxil idi. Əlavə pul ödəməklə monitor, printer, disket və yaddaş satın almaq mümkün idi. Çarli Çaplini müasir kompüter arxasında təsvir etmiş “PC 5150” modelinin orijinal reklamı satışların həcminin çox sürətlə artmasında böyük rol oynamışdı. Amerika şirkəti bu üsulla istifadəçilərə bildirmək istəyirdi ki, yeni fərdi kompüteri hər kəs öyrənə bilər.

Teqlər:
PC 5150, IBM PC 5150, ilk personal kompüter, ilk fərdi personal kompüter, ilk fərdi kompüter, ilk fərdi kompüter istehsalı, Microsoft şirkəti, MS DOS əməliyyat sistemi, Intel şirkəti, IBM şirkəti, International Business Machines, IBM

Əsas mövzular