10:15 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
kiberidman

Kiberidman üzrə növbəti çempionatın milli seçim turu başa çatıb

bizoomie.com
Hi-Tech
Qısa URL
1211

“MCS Open” çempionatının 3-cü mövsümü üzrə Milli seçim turu artıq başa çatıb.

BAKI, 10 avq — Sputnik. “MCS Open” çempionatının 3-cü mövsümü üzrə Milli seçim turu artıq başa çatıb. Bu barədə “Rabitə dünyası”na məlumat verən Azərbaycan Kiberidman Federasiyasının prezidenti Ramil Əliyev qeyd edib ki, müraciətlər ümumilikdə 100-ə yaxın olub.

Üç növ üzrə təşkil edilən çempionatın milli seçim turunda “DOTA2” (5x5) üzrə 12 komanda, “CS:GO” (5x5) üzrə 5 komanda, “HearthStone” (1x1) fərdi yarışlar üzrə isə 12-18 nəfər seçilib.

Qeyd edək ki, turnirin Grand Finalı Moskvada, “Moscow Cyber Stadium” meydançasında  təşkil olunacaq. Grand Turnirə qatılmaq üçün iştirakçı mütləq milli seçim mərhələsində (LAN) qalib gəlməli və beynəlxalq regional seçmə mərhələsinin (onlayn) TOP4-nə vəsiqə qazanmalıdır. 

Turnirin fərdi yarışlarında iştirak etmək üçün Azərbaycan vətəndaşı olmaq mütləqdir. Komanda yarışlarına qatılmaq üçün isə komandanın ən azı üç üzvü Azərbaycan vətəndaşı olmalıdır. İki nəfərin legioner olmasına icazə verilir.

Əsas mövzular