Keçən ilin yay aylarında öz xüsusiyyətlərinə və ən əsas qiymətinə görə "smartfon qatili" adını alan Çin şirkəti OnePlus, OnePlus 2 modelini rəsmən təqdim etdi. Bu model də keçən ilki model kimi xüsusiyyətlərinə və qiymətinə görə, digər flaqman modellər üçün ciddi rəqib ola bilər.
Gözlənildiyi kimi, OnePlus 2 modeli 64 bit prosessora malik 1.8 GHz Qualcomm Snapdragon 810 ilə çalışacaq. Daha ətraflı, geniş şəkildə xüsusiyyətlərə nəzər sala bilərsiniz.
- Şəbəkə: 2G, 3G, 4G – LTE
- Ölçülər: 151.8 x 74.9 x 9.85 mm
- Çəki: 175 qr
- SIM: Dual Micro-SIM
- Platforma: Android 5.1 Lollipop (Oxygen ƏS)
- Prosessor: 64 bit — Dördnüvəli 1.8 GHz Qualcomm Snapdragon 810
- Ekran: 5.5 inç FHD ekran (1080 x 1920 piksel), 401 ppi, Gorilla Glass 3
- Kamera: əsas kamera – 13 MP çəkiliş (4K Ultra HD video)), lazer avtofokus, HDR, ön kamera – 5 MP (Full HD-1080p)
- RAM: 3 / 4 GB LPDDR4
- GPU: Adreno 430
- Yaddaş: 16 GB (3 GB RAM) və 64 GB (4 GB RAM) daxili yaddaş
- Əlavələr: Dual-band Wi-Fi: 2.4GHz 802.11b/g/n və 5GHz 802.11a/n/ac, Wi-Fi Direct, DLNA, hotspot, Bluetooth v4.1,GPS A-GPS GLONASS, 3.5 mm audio çıxış, əl izinin tanınması
- Batareya gücü: Li-Po 3300 mAh
Qeyd edilən xüsusiyyətlərindən başqa, OnePlus 2 iki sim kartlıdır. Həm də USB Type-C portundan istifadə edir. Qiymətlərinə gəldikdə isə, 11 avqustdan etibarən ABŞ, Kanada, Hindistan, Çin və Avropadan OnePlus 2 16 GB (3GB RAM) 329$, 64 GB (4GB RAM) versiyasını isə əvvəlki modeldə olduğu xüsusi dəvət kodu ilə almaq mümkündür.