BAKI, 1 iyun – Sputnik. Microsoft şirkəti özünün yeni və təkmilləşmiş Windows 10 proqramının təqdimat mərasiminin tarixini açıqlayıb.
Yeni proqram iyul ayının 29-da istifadəçilərin ixtiyarına veriləcək. Şirkət rəhbərliyi sonuncu buraxılışın əvvəlkilərdən daha sürətli, daha müasir və yeniliklərlə əhatə olunacağını söyləyib.
Hazırda dünyanın 190 ölkəsində 1.5 milyarda yaxın insan Windows 8 proqramından istifadə edir.