19:00 24 Noyabr 2017
Canlı yayım
Televiziya

Azərbaycanda bu il analoq yayım dayandırılacaq

© Sputnik / Mikhail Voskresensky
Hi-Tech
Qısa URL
1701

Azərbaycanda bu il rəqəmsal televiziya yayımına keçid tam tətbiq olunacaq.

BAKI, 29 may — Sputnik. Azərbaycanda bu il rəqəmsal televiziya yayımına keçid tam tətbiq olunacaq.

Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.

Qeyd olunub ki, daha əvvəl iyuna planlaşdırılmış rəqəmsal televiziyaya keçid qarşıdakı “Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar təxirə salınıb. Analoq siqnalının dayandırılması məsələsi Avropa Oyunları başa çatdıqdan sonra aktuallaşacaq və bu məsələ üzrə danışıqlar Milli Televiziya və Radio Şurası ilə aparılacaq.

Nazir diqqətə çatdırıb ki, bu sahədə dəyişikliklər gözlənilir. Dünyada analoq televiziya yayım vasitələri, televizorların istehsalı dayandırılacaq.

"Azərbaycan rəqəmsal TV-yə keçməyə tam hazırdır. Bu çox vacibdir, çünki analoq yayımında istifadə edilən tezlik spektri digər xidmətlərin göstərilməsi üçün istifadə oluna bilər”, — deyə nazir bildirib.

Hazırda rəqəmli yayım analoqla paralel həyata keçirilir. Azərbaycanın yaşayış məntəqələrinin 99 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunub. Analoq yayım dayandırıldıqdan sonra rəqəmsal televizoru olmayan ölkə vətəndaşlarının dekoder adlanan avadanlığı əldə etməsinə imkan yaradılacaq. Rəqəmsal yayımı izləmək üçün lazım olan bu avadanlığın qiyməti 20-30 manatdır.

Əsas mövzular