22:13 12 Dekabr 2017
Canlı yayım
facebook messenger

“Facebook”da görüntülü söhbət xidməti istifadəyə verilib

hdimagelib.com
Hi-Tech
Qısa URL
1301

“Facebook”un uzun müddətdir üstündə işlədiyi görüntülü çatlaşma xidməti “Facebook Messenger” bu gün istifadəçilərə təqdim olunub

BAKI, 20 may – Sputnik. “Facebook”un uzun müddətdir üstündə işlədiyi görüntülü çatlaşma xidməti “Facebook Messenger” bu gün istifadəçilərə təqdim olunub.

“Facebook”un bir neçə həftə əvvəl təqdimatını etdiyi görüntülü çatlaşma xidmətindən bütün istifadəçilər yararlana bilərlər. Bu xəbəri istifadəçilərə “Facebook” rəhbərinin messenger məhsullarına məsul olan müavini Devid Markus sosial şəbəkədəki hesabı vasitəsilə çatdırıb.

Yeni xidmət həm iOS, həm də android istifadəçilərini maraqlandırır. Hər iki platformada messenger istifadəçiləri öz dost-tanışları ilə görüntülü söhbət edə bilərlər. Bünün üçün əlaqədar ada və sonra açılan ekrandakı kamera işarəsinə toxunmaq kifayətdir.

Əsas mövzular