22:14 12 Dekabr 2017
Canlı yayım
kompüter virusu

Hər 4 saniyədə yeni zərərli proqram təminatı yaranır

balkan-lenta.info
Hi-Tech
Qısa URL
611

Ötən il informasiya təhlükəsizliyi ekspertləri tərəfindən hər dörd saniyədə yeni zərərli proqram təminatı növü aşkarlanıb

BAKI, 20 may — Sputnik. “G DATA SecurityLabs” şirkətinin məlumatına görə, 2014-cü ildə informasiya təhlükəsizliyi ekspertləri tərəfindən hər dörd saniyədə yeni zərərli proqram təminatı növü aşkarlanıb. Yeni zərərli proqram təminatının 4,1 milyonu ötən ilin ikinci rübündə aşkar edilib. Zərərli proqram təminatının yaranmasının artım tempi 2014-cü ilin birinci yarısında 125 faiz yüksəlib. İl ərzində ümumilikdə 6 milyona yaxın yeni zərərli proqram təminatı aşkar edilib ki, bu da 2013-cü ildən 77 faiz çoxdur.

Məlumatlar göstərir ki, cinayətkarlar kiberhücumlarda tez-tez troyanlardan istifadə edib. Bundan başqa, reklam proqram təminatının informasiya təhlükəsizliyi mütəxəssislərinin aşkar etdiyi zərərli proqram təminatında payı 31,4 faizə bərabər olub. Zərərli proqramlar daha çox 2014-cü ilin ikinci yarısında qeydə alınıb. Casusluq proqramlarının yayılma tempi artdığı halda bekdorlarda azalma müşahidə edilib. 2014-cü ilin ikinci yarısında aşkar olunan rutkitlərin sayı 18 dəfə artıb. Bank troyanlarından istifadə etməklə həyata keçirilən kiberhücumların sayı 44,5 faiz yüksəlib.

“G DATA SecurityLabs” rəhbəri Ralf Bensmüller bildirib ki, bank təhlükəsizlik sistemlərinin daima yaxşılaşması səbəbindən cinayətkarlar daha hiyləgər və təhlükəli fırıldaqçılıq kampaniyaları fikirləşirlər.

Əsas mövzular