Apteklərdən alınan elektron təzyiqölçə aparatlarının keyfiyyətsiz olması, əksər hallarda ümumiyyətlə səhv nəticə göstərməsi ilə bağlı şikayətlər artır. Əczaçılar isə, həmin cihazları rahatlıqla satmalarına rəğmən, yararsız çıxanlara cavabdeh olmadıqlarını da gizlətmirlər.