"Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Dinə necə münasibət bəsləməli və nəyi dini təbliğat saymalı?" mövzusunda mətbuat konfransı keçirilib.
Mehman İsmayılov: "Hələ də qızını əlifba bayramına buraxmayan, Yer kürəsinin fırlanmadığını iddia edən dindarlar mövcuddur"
Gündüz İsmayılov: "Təəssüf ki, dünyəvi təhsilə, qadın hüquqlarına qarşı çıxışlara bu gün də rast gəlinməkdədir"
Ramin Hacılı: "Əgər terror aktları artaraq davam etsə, Avropa ölkələri məcburən öz dəyərlərindən qismən imtina edə bilər. Yəni, qapıları bağlayıb, içəridə ciddi təmizləmələr aparılması mümkündür"
İbrahim Əliyev: "Azərbaycan Şərqdə yaşanan proseslərdən kənarda deyil. Bir də görürsən ki, bu proseslərin təsiri gəlib Azərbaycanda da özünün göstərir"
Mübariz Qurbanlı: "Bu gün dini radikal qruplardan geopolitik maraqlar naminə də istifadə olunur. Bəzi qüvvələr dini radikal qruplardan geopolitik maraqlar naminə istifadə edir"