Gəlmə baş məşqçi Moskvaya getmək qərarına gəlir və "Neftyanik"i taleyin ümidinə buraxır. 1966-cı ildə tələm-tələsik baş məşqçi postunu hələ çox gənc olan Əhməd Ələsgərov tutur. Sələfləri tərəfindən yaradılmış bazadan məharətlə istifadə edərək o, "Neftyanik"i inamla SSRİ çempionatında medala qədər gətirib çıxarır.