"İranda o adamlar namizəd ola və seçilə bilirlər ki, onlar Nəzarət Şurasının, Daxili İşlər Nazirliyinin və təhlükəsizlik orqanlarının süzgəcindən keçə bilirlər. Nəticədə 70-75 nəfər, Tehran hakimiyyətinin istədiyi sayda azərbaycanlı parlamentə keçə bilir"
Ekspertlər hesab edirlər ki, parlament seçkilərində islahatçıların qələbə çalması ölkənin tam demokratikləşməsi anlamına gəlməməlidir.