Bilgəhdə yerləşən "Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi"ndə yüzlərlə belə qoca var
Onlar sağ ikən "Qocalar evi"nin, öləndə də "Kimsəsizlər qəbiristanlığı"nın sakinləridir
Hansı insan çox gülürsə, o, tənhadır. Hansı insan çox gülürsə, dərdini danışmağa kimsəsi yoxdur və dərdli olduğunu da heç kimə bildirmək istəmir.
Körpəlikdən anasız böyüyür, çox keçməmiş atasını itirir. 13 yaşında ərə verilir, amma heç vaxt övladı olmur. Sırf ərinə olan sevgisi xatirinə, onu başqa qadınla ailə qurmağa vadar edir. Və ərinin övladları ucbatından ev-eşiyindən didərgin düşür...
Bir gün ona kişiyə xəbər verirlər ki, "həyat yoldaşın boşanma üçün məhkəməyə müraciət edib". Əvvəlcə inanmasa da, sonradan məhkəməyə çağırılır. Və 3 aylıq xəstəxana həyatından sonra evinə döndükdə gözlərinə inanmır.