Razılaşmaya görə, İsrail "Mavi Mərmərə" hadisəsi zamanı həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə 20 milyon dollar məbləğində təzminat ödəyəcək. Eyni zamanda, Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.