Prezident İlham Əliyevin kəskin tənqidindən sonra AZAL biletlərin qiymətini «əhəmiyyətli» dərəcədə aşağı salsa da, o, dünyanın ən bahalı aviaşirkətlərindən biri olaraq qalır.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Prezident İlham Əliyevin təklifindən sonra uçuş qiymətlərinin aşağı salınması barədə qərar qəbul etdiklərini bəyan etdi.