Baş nazirin müavini Abid Şərifovun sözlərinə görə, zəlzələ nəticəsində Turan qəsəbə bələdiyyəsinin, icra nümayəndəsinin də yerləşdiyi uşaq bağçası və 4 ev uçub, digər evlərdə də böyük çatlar yaranıb.
Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, mərkəzi Şəkidə olan zəlzələ ocağı sönmədiyindən, ilin sonunadək xırda təkanların olması gözlənilir.
Ərzurum və İğdır vilayətlərində yeraltı təkanların gücü 4,5 bal olub.
Episentri İran ərazisində olan zəlzələ Azərbaycanla həmsərhəd rayonlara da sirayət edib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov APA-ya bildirib ki, hazırda bölgələr üzrə məlumatlar toplanır.
Şəki şəhər İcra Hakimiyyəti: Zəlzələnin episentrinə yaxın Turan qəsəbəsi, Sarıcalı, Qaratəpə və digər yaşayış məntəqələrində köhnə yaşayış evlərində çatlar əmələ gəlib və bir neçəsi uçub, həmçinin daş hasarlar aşıb.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bu gün saat 09.49-da Şəki arazisində zəlzələ qeydə alınıb.