CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhriyar Məmmədyarov artıq ilk onluqda deyil

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidАзербайджанский гроссмейстер Шахрияр Мамедъяров
Азербайджанский гроссмейстер Шахрияр Мамедъяров - Sputnik Azərbaycan, 1920, 15.09.2021
Abunə olmaq
Bununla belə, şahmatçımızın hələ ayın sonuna qədər dünya reytinqindəki mövqeyini yaxşılaşdırmaq imkanı var. Bunun üçün Avropa Şahmat Kubokunda uğurla çıxış etmək lazım gələcək.
 
BAKI, 15 sentyabr — Sputnik. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov son dörd ildə ilk dəfə dünya reytinqinin hazırkı onluğuna düşə bilməyib. Sputnik Azərbaycan xəbər verir ki, buna, əsasən, iki amil səbəb olub: bu ilin yayında Soçidə keçirilən dünya kubokunda uğursuz çıxış etməsi, eləcə də Macarıstan qrossmeysteri Rixard Rapportun bu günlərdə Norveçin Stavanger şəhərində hazırkı dünya çempionu Maqnus Karlsenin iştirakı ilə baş tutan superturnirdə uğurlu oyunu. Rapport Norveç turnirində liderdir və artıq 18 xal toplayaraq yeddi pillə irəliləyib, hazırda altıncı yerdə qərar tutur.
Məmmədyarov 2762 xalla 12-ci yerə düşüb, aktivində 2763 xalı olan digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun reytinqi isə bir pillə yuxarıdır.
Qeyd edək ki, Məmmədyarov sonuncu dəfə hazırkı dünya reytinqinin ilk onluğundan 2017-ci ilin may ayında çıxıb.
Bununla belə, Şəhriyar Məmmədyarovun hələ ayın sonuna qədər dünya reytinqindəki mövqeyini yaxşılaşdırmaq imkanı var. Bunun üçün sentyabrın 18-də Şimali Makedoniyada başlayacaq Avropa Şahmat Kubokunda uğurla çıxış etmək lazım gəlir. Bu turnirdə Məmmədyarov Makedoniyanın "Alkaloid" klubunun tərkibində birinci lövhədə oynayacaq.
Hazırkı dünya reytinqinin onluğu isə aşağıdakı kimidir: 1. Maqnus Karlsen (Norveç, 2848), 2. Fabiano Karuana (ABŞ, 2800), 3. Din Lijen (Çin, 2799), 4. Yan Nepomnyaşi (Rusiya, 2788) ), 5 Levon Aronyan (Ermənistan, 2782), 6. Rixard Rapport (Macarıstan, 2778), 7. Uesli Co (ABŞ, 2778), 8. Aniş Giri (Hollandiya, 2777), 9. Aleksandr Qrişuk (Rusiya, 2775) , 10 MaksimVaşe-Laqrav (Fransa, 2763).
Eləcə də oxuyun:
Şəhriyar Məmmədyarov Dünya kubokunda çıxışını sona çatdırıb
Azərbaycanlı qrossmeysterlər dünya şahmat liderləri sırasında
Şəhriyar Məmmədyarovla Aleksandr Qrişşuk Soçiyə uçan təyyarəyə gecikdilər
Şəhriyar Məmmədyarov Harri Kasparov üzərində növbəti qələbəsini qazanıb
Xəbər lenti
0