20:33 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
İDMAN
Qısa URL
5 0 0

XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif ediliblər.

BAKI, 6 sentyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncama əsasən XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Rəhimov İlqar Elxan oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədov Kamal Cabir oğlu.

Sərəncama əsasən, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

İbişov İlqar Əsgər oğlu

İbrahimov Ramin İbrahim oğlu

Kirillov Fyodor Borisoviç.

Teqlər:
paralimpiya

Əsas mövzular