CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan paralimpiyaçıları Tokioda 11-ci qızıl medalı qazanıblar

© REUTERS / Marko DjuricaВели Исрафилов
Вели Исрафилов - Sputnik Azərbaycan, 1920, 01.09.2021
Abunə olmaq
Tokioda keçirilən oyunlarda Azərbaycan paralimpiyaçılarının qazandıqları medalların ümumi sayı 16-ya çatıb və onlardan 11-i qızıl, 4-ü bürünc, biri isə gümüşdür.
BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan idmançıları Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında 11-ci qızıl medalı qazanıblar. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan komandasının tərkibində növbəti paralimpiya çempionu üzgüçü Vəli İsrafilov olub.
100 m məsafəyə bras üsulu ilə üzmədə idmançımız 1:04,86 dəqiqə nəticə ilə dünya rekordu vuraraq birinci olub.
Qeyd edək ki, 18 yaşlı Vəli İsrafilov Azərbaycan tarixində ən gənc paralimpiya çempionudur.
Beləliklə, Tokioda keçirilən oyunlarda Azərbaycan paralimpiyaçılarının qazandıqları medalların ümumi sayı 16-ya çatıb və onlardan 11-i qızıl, 4-ü bürünc, biri isə gümüşdür.
Tokio oyunlarında Azərbaycan milli yığmasının heyətində iştirak edən cüdoçular Hüseyn Rəhimli (81 kiloqram), Dursədəf Kərimova (70 kiloqramdan yuxarı), Vüqar Şirinli (60 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Sevda Vəliyeva (57 kiloqram) və Şahanə Hacıyeva (48 kiloqram), üzgüçü Raman Saleh (100 metr kürək üstü və sərbəst üzmə), habelə atletlər Həmid Heydərli (nizə atma, dünya rekordu 51.42 metr) və Elvin Astanov (kürə atma, dünya rekordu 8.77 metr) Paralimpiya çempionu olublar.
Gümüş medalı yüngül atletikada 100 m məsafəyə qaçışda Lamiyə Vəliyeva qazanıb.
Komandamızın tərkibində Paralimpiadanın bürünc medalçıları isə cüdoçular Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (100 kq-dan artıq), pauerliftinqçi Pərvin Məmmədov (49 kq) və uzunluğa tullanmada yarışan Səid Nəcədzadə olublar.
Həmçinin oxuyun:
İki paralimpiya çempionunun anası: "Bilmədim yuxu görürəm, yerdəyəm, ya göydəyəm"
Xəbər lenti
0