Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Yuventus" Ronaldunu satmaq barədə düşünür

© REUTERS / ALEX PANTLINGКриштиану Роналду
Криштиану Роналду - Sputnik Azərbaycan, 1920, 15.08.2021
Abunə olmaq
Avqustun 10-da argentinalı futbol ulduzu Lionel Messi sərbəst agent qismində "Pari Sen-Jermen" klubuna keçib. Onun keçmiş komandası olan "Barselona"nın futbolçuya on milyonlarla avro borcu qalıb.
BAKI, 15 avqust — Sputnik. İtaliyanın "Yuventus" futbol klubunun rəhbərliyi portuqaliyalı hücumçu Kriştianu Ronaldunu satmaq variantlarını araşdırır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, klub rəhbərliyi 36 yaşlı hücumçunun komandanı artıq bu il tərk edəcəyini düçünür.
Səbəb kimi klubun qarşılaşa biləcəyi maliyyə çətinlikləri göstərilir. İllik gəliri 31 milyon avro olan hücumçunun klubu tərk etməsi komandanın əməkhaqqı məsrəflərini xeyli azalda bilər.
Məlumatda o da qeyd olunur ki, portuqaliyalı özü də "Yuventus"u tərk etməyin əleyhinə deyil. Belə ki, ötən mövsümün sonunda onun Madridin "Real" klubu ilə danışıqları olub.
Xatırladaq ki, avqustun 10-da argentinalı futbol ulduzu Lionel Messi sərbəst agent qismində "Pari Sen-Jermen" klubuna keçib. Onun keçmiş komandası olan "Barselona"nın futbolçuya on milyonlarla avro borcu qalıb.
Ronaldu isə "Yuventus"a 2018-ci ilin iyulunda keçib. Transferin dəyəri 112 milyon avro təşkil edib. İtaliya klubuna keçməzdən əvvəl hücumçu Real (Madrid), mançester-Yunayted və Sportinq klublarının heyətində oynayıb.
Həmçinin oxuyun:
Kriştianu Ronaldu AVRO-2020-nin ən yaxşı bombardiri oldu
Xəbər lenti
0