CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Klublarımız avrokuboklarda: bir heç-heçə və bir məğlubiyyət

© Sputnik / Murad OrujovИгровой момент матча "Карабах" "Ашдод"
Игровой момент матча Карабах Ашдод - Sputnik Azərbaycan, 1920, 22.07.2021
Abunə olmaq
Qurban Qurbanovun yetirmələri İsrail təmsilçisi “Aşdod”la görüşüblər. Sənan Qurbanovun yetirmələri isə Rusiyada “Soçi”nin qonağı olublar.

BAKI, 22 iyul - Sputnik. “Qarabağ” və "Keşlə" Konfrans Liqasında mübarizəyə start veriblər.

Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, hər iki klubumuz Liqada mübarizəyə II təsnifat mərhələsindən başlayıb.

Qurban Qurbanovun yetirmələri İsrail təmsilçisi “Aşdod”la görüşüblər. Premyer Liqanın vitse-çempionu ilk matçı evdə keçirib.

İlk dəqiqələrdən üstünlüyə yiyələnən “Qarabağ” rəqib qapısına ardıcıl hücumlar təşkil edib. Lakin təmsilçimiz yaradılan imkanlardan yararlanmayıb. İsraillilərin müqavimətini qıra bilməyən Qurbanovun yetirmələri qarşılaşmanı azlıqda bitiriblər. Matçın sonlarında Maksim Medvedev qırmızı vərəqə alaraq komandanı azlıqda qoyub. Bununla da “Qarabağ” mövsümə qolsuz sülhlə başlayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da İsraildə baş tutacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
22 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Aşdod” (İsrail) - 0:0
Qırmızı vərəqə: Maksim Medvedev, 83
Baş hakim: Sergey Boyko (Ukrayna)

Sənan Qurbanovun yetirmələri isə Rusiyada “Soçi”nin qonağı olublar. Qarşılaşmada hesabı meydan sahibləri açıb.

Tamaşaçılarsız keçirilən oyunun 10-cu dəqiqəsində Rodriqao erkən qola imza atıb. İkinci hissənin ortalarında Rusiya təmsilçisi fərqi artırıblar. Kristian Noboa penaltidən fərqlənib. Matçın sonlarında Maksim Barsov fərqi üç topa çatdıraraq cütün taleyini böyük ölçüdə həll edib.

Qeyd edək ki, “Keşlə” iyulun 29-da “Soçi”ni Bakıda qəbul edəcək.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
22 iyul
20:00. “Soçi” (Rusiya) – “Keşlə” (Azərbaycan) - 3:0
Qollar: Rodriqao, 10, Kristian Noboa, 66 (pen.), Maksim Barsov, 81
Baş hakim: Enea Jorgyi (Albaniya)

 

Xəbər lenti
0