CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tokio-2020: Azərbaycanlı bayraqdarlar bəlli oldu

© AP Photo / Eugene HoshikoОлимпийские кольца в Токио, фото из архива
Олимпийские кольца в Токио, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.07.2021
Abunə olmaq
Qadın və kişi bayraqdarların birgə addımlaması barədə qərar yay olimpiya oyunları tarixində ilk dəfə Tokio-2020-də qüvvəyə minəcək.

BAKI, 13 iyul — Sputnik. Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində qadın bayraqdarı açıqlanıb.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, üçrəngli bayrağı cüdoçu Rustam Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova daşıyacaq.

Qadın və kişi bayraqdarların birgə addımlaması barədə qərar yay olimpiya oyunları tarixində ilk dəfə Tokio-2020-də qüvvəyə minəcək. Bu yenilik gender bərabərliyi prinsipinə uyğun tətbiq ediləcək.

Açılış mərasimi iyulun 23-də, bağlanış isə avqustun 8-də olacaq.

Transgenderlər məsələsi

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarında bir sıra başqa yeniliklər də baş verib. Məsələn, Tokio Olimpiadasında 43 yaşlı yeni zelandiyalı ağır atlet, 2012-ci ildə cinsini dəyişmiş Urpeo Habbard iştirak edəcək. O, Tokio Olimpiadasında qadınların yarışına qatılacaq. 

Xəbər lenti
0