CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda keçiriləcək AVRO-2020 dörddəbir final oyununa nə qədər bilet satılıb?

© AFP 2023 / OZAN KOSEВид на Бакинский олимпийский стадион, фото из архива
Вид на Бакинский олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
Bakıda keçirilən Avropa çempionatının oyunları arasında ən çox tamaaçı toplamış oyun hələ ki, qrup mərhələsinin ikinci turunda keçirilmiş Türkiyə-Uels oyunudur.

BAKI, 1 iyul — Sputnik. Hazırda Bakıda keçiriləcək AVRO-2020 1/4 final oyununa satışa çıxarılmış biletlərin üçdə ikisi alınıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) xəbər verilib.

Danimarka və Çexiya milli komandaları arasında AVRO-2020 dörddəbir final oyunu şənbə günü, iyulun 3-də Bakı Olimpiya stadionunda keçiriləcək.

AFFA-dan verilən məlumata gprə, hazırda bu oyuna təqribən 21 min bilet satılıb.

Bakı Olimpiya stadionu 68 min nəfər tamaşaçı tutur. 50%-lik məhdudiyyət və televiziya yayımları üçün ayrılan yerlər nəzərə alınmaqla, tamaşaçılar üçün 31 min yer qalır.

Qeyd etmək lazımdır ki, Avropa çempionatının Bakıda keçirilən oyunları arasında ən çox tamaşaçı toplamış oyun hələ ki, qrup mərhələsinin ikinci turunda keçirilmiş Türkiyə-Uels oyunu olub (0:2).

Həmin oyunda 19,7 min nəfər tamaşaçı qeydə alınıb. Üçüncü turda keçirilən Türkiyə-İsveçrə oyununda (1:3) stadionda 17,1 min azarkeş olub. Ən az tamaşaçı isə ilk turda Uels-İsveçrə (1:1) oyununda qeydə alınıb – 8,7 min.

Beləliklə, AVRO-2020 "A" qrupunda Bakı Olimpiya stadionunda keçirilən üç oyunda ümumilikdə 45,6 min tamaşaçı olub.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə iyulun 3-də isə burada AVRO-2020 1/4 final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

AVRO-2020-nin Bakıdakı təşkilat komitəsi ilə AR Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı Olimpiya Stadionunun Avropa çempionatı oyunları zamanı tribunaların 50%-i həcmində azarkeş qəbul edəcəyinə zəmanət vermişdilər. Bakıda AVRO-2020-nin matçlarının iştirakçı ölkələrindən olan, bilet almış və ya UEFA-nın akkreditasiyasına malik əcnəbi azarkeşlər isə Heydər Əliyev aeroportunda sadələşdirilmiş qaydada viza ala bilərlər.

Eləcə də oxuyun:

Xəbər lenti
0