CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Fürsətdən istifadə etməliyik" - Elxan Məmmədov

© Sputnik / Murad OrujovИсполнительный вице-президент Ассоциации футбольных федераций Азербайджана (АФФА) Эльхан Мамедов
Исполнительный вице-президент Ассоциации футбольных федераций Азербайджана (АФФА) Эльхан Мамедов - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Abunə olmaq
Elxan Məmmədov: "Düzdür, pandemiya planlarımızı bir az dəyişdi. Amma istərdik ki, Bakıdakı ab-hava qonşularımıza da müsbət təsir etsin, belə bir turnirə ev sahibliyi etdiyimiz üçün keçirdiyimiz qürur hissini paylaşsınlar".

 

BAKI, 12 iyun — Sputnik. "Bu cür ideya futbol dəyərlərimizi məhv edir. UEFA gənclər, qadın və əlil futbolunun inkişafına böyük vəsait ayırır".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "insideworldfootball.com" saytına açıqlamasında Avropa Super Liqası barədə danışarkən deyib.

Milli Assosiasiya rəsmisi bildirib ki, bütün maraqlı tərəflər futbol oynaya bilməlidirlər: "Bazar ertəsi səhər oyanıb strategiya olmadan cəmi 4 milyard ABŞ dollarına Superliqa yarada bilmərik".

AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına da toxunan Məmmədov bunun bütün region üçün futbol bayramı olacağını söyləyib:

"Düzdür, pandemiya planlarımızı bir az dəyişdi. Amma istərdik ki, Bakıdakı ab-hava qonşularımıza da müsbət təsir etsin, belə bir turnirə ev sahibliyi etdiyimiz üçün keçirdiyimiz qürur hissini paylaşsınlar. 15 aylıq pandemiyadan sonra ən vacib mesaj normal həyata qayıtmağımızdır. Bu, yalnız bizə deyil, digər ölkələr üçün də ümiddir. Fürsətdən istifadə etməliyik".

Məmmədov əlavə edib ki, daha uzun müddətdə Avro seçmə yarışlarında iştirak edə bilərlər: "Qarabağla 2014-cü ildən bəri Avropada və daim Avropa Liqası qrup mərhələlərində kifayət qədər uğurlu bir klubumuz var. İlk XI-da altı yerli oyunçumuz var və bütün klublarımızda daha çox oyunçu yetişdiririk".

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Eləcə də oxuyun: 

  • Bu gün Beyli meydanda görəcəyik

  • Bakı AVRO-2020 ərəfəsində - şəhərdən fotolar

  • AFFA rəsmisi Avro-2020 üçün hazırlıqlardan danışır

Xəbər lenti
0