Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rusiya və Ukrayna komandaları AVRO-2020-də qarşılaşa bilərmi?

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidФутболисты сборной России
Футболисты сборной России - Sputnik Azərbaycan, 1920, 08.06.2021
Abunə olmaq
Komandaların final oyununda qarşılaşma ehtimalı da var. Bunun üçün onlar öz qruplarında eyni yeri tutmalı, daha sonra isə bütün Pley-off mərhələlərini uğurla keçməlidirlər.

BAKI, 8 iyun — Sputnik. AVRO-2020 çərçivəsində futbol üzrə Rusiya və Ukrayna yığma komandaları bu həftə oyunlara başlayacaq. Rusiya komandası B qrupunda iyunun 12-də Belçika, iyunun 16-da Finlandiya, iyunun 21-də isə Danimarka komandaları ilə qarşılaşacaq. İlk iki oyununu Rusiya millisi Sankt-Peterburqda, doğma meydançada keçirəcək.

Ukrayna komandası isə C qrupunda iyunun 13-də Niderland, iyunun 17-də Şimali Makedoniya, iyunun 21-də isə Avstriya millisinə qarşı oynayacaq.

Rusiya və Ukrayna millilərinin 1/8 final mərhələsində üz-üzə gəlmək şansı yoxdur. Bu mərhələni keçdikdən sonra, 1/4 finalda adı çəkilən komandalar o halda qarşılaşa bilər ki, rusiyalılar B qrupunda qalib olsunlar, ukraynalılar isə öz qrupunda ikinci yeri tutsunlar. Yaxud əksinə, Rusiya komandası qrupun 2-cisi, Ukrayna millisi isə öz qrupunun qalibi olsun. Həm də komandaların Sankt-Peterburqda üz-üzə gəlməsi ehtimalı da yoxdur.

Lakin komandalardan hansısa biri 1/4 finalda Rusiyada oyun keçirə bilər. Bunun üçün komandalardan biri öz qrupunda 3-cü yerdə qərar tutmalı və sonradan təşkil olunacaq reytinq qrupuna düşməlidir.

Yarımfinal mərhələsində komandaların üz-üzə gəlmək ehtimalı var. Bunun üçün Rusiya komandası öz qruunda 1 və ya 2-ci yeri tutmalı, daha sonra 1/8 və 1/4 mərhələsini keçməli, Ukrayna millisi isə C qrupunda oyunları 3-cü yerdə bitirməlidir. Yaxud əksinə, Rusiya komandası öz qrupunun 3-cüsü, Ukrayna komandası isə C qrupunun qalibi və ya 2-cisi olmalıdır.

Qeyd edək ki, 6 qrupda 3-cü yeri tutmuş komandalardan yalnız dördü mübarizəni davam etdirmək üçün reytinq qrupuna düşə biləcək və bu komandalar yalnız qrup mərhələsi başa çatdıqdan sonra məlum olacaq.

Rusiya və Ukrayna komandalarının final oyununda qarşlaşma ehtimalı da var. Bunun üçün həm Rusiya, həm də Ukrayna millisi öz qruplarında eyni yeri tutmalı, daha sonra isə bütün Pley-off mərhələlərini uğurla keçməlidirlər.

Xatlırladaq ki, futbol üzrə AVRO-2020 oyunları iyunun 11-dən iyulun 11-dək, 11 şəhərdə keçiriləcək.

Xəbər lenti
0