22:28 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
İDMAN
Qısa URL
10

Lisenziyalı dünya çempionatında yaponiyalı Naqayamaya qalib gələn cüdoçumuz qızıl medal qazana bilməyib.

BAKI, 6 iyun - Sputnik. Cüdoçu Kəramət Hüseynov (60 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, yarışa I mərhələdən qoşulan Kəramət Hüseynovun rəqibi Mohammad Raşnonezad (Beynəlxalq Cüdo Federasiyası) olub. Cüdoçumuz qələbə qazanıb, növbəti görüşündə isə moldovalı Nikolae Foçanı məğlub edib. 1/8 finalda Kəramətin rəqibi yaponiyalı Ryuju Naqayama olub. Dörddə bir finalda isə fransalı Valid Xyar Kəramətin yarımfinala yolunu kəsib.

Kəramət təsəlliverici görüşdə Unibold Lxaqvayamtsla (Monqolustan) üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz bürünc medal uğrunda qazaxıstanlı Maqjan Şamşadinlə qarşılaşıb və istəyinə nail ola bilib.

Kəramətlə eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Davud Məmmədsoy isə ilk görüşdə Fransa təmsilçisi Romarik Vend-Yam Budaya məğlub olub.

Qadınlar arasında yarışlarda 48 kq çəki dərəcəsində çıxış edən cüdoçularımız mübarizəyə II mərhələdən başlayıblar. Leyla Əliyeva startda Sabina Gilyazovaya (Rusiya), Aişə Qurbanlı isə Julia Fiqueroaya (İspaniya) uduzub.

Qeyd edək ki, millimiz dünya çempionatına 12 cüdoçu ilə yollanıb. Mundial iyunun 13-dək davam edəcək.

Teqlər:
bürünc medal, Budapeşt, cüdo

Əsas mövzular