00:57 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
İDMAN
Qısa URL
12

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII - sonuncu turunda Neftçi "Qarabağ" komandası üzərində qələbə qazanıb.

BAKI, 19 may - Sputnik. Azərbaycan çempionu titulunun sahibi “Neftçi” – “Qarabağ” görüşündə müəyyənləşib. Gərgin mübarizə şəraitində keçən matçın taleyini son dəqiqələrdə vurulan qol həll edib.

Sputnik Azərbaycan xəbər verir ki, Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII - sonuncu turunun "Neftçi" - "Qarabağ" oyunu başa çatıb.

"Dalğa Arena" baş tutan görüşün birinci hissəsində hesab açılmayıb. İkinci hissədə isə Neftçi fərqlənib.  

Ahmed Ahmedovun 90-cı dəqiqədə vurduğu top həlledici olub və bu 3 xal "Neftçi"yə çempionluq bəxş edib. Bakılılar ümumilikdə 9-cu dəfə qızıl medala yiyələniblər. 

Beləliklə, "Qarabağ"ın ardıcıl 7 mövsümlük çempionluğuna son qoyulub.

Oyunun nəticəsinə əsasən "Neftçi" UEFA Çempionlar Liqasında iştirakı təmin edib. "Qarabağ" isə 2021/2022 mövsümündə Konfrans Liqasına qatılacaq.

"Ağ-qaralar"a qızıl medalları isə baş məşqçi karyerasında ilk dəfə Samir Abasov qazandırıb.

Matçı izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullayev də olub. 

Bu oyun da əksər futbol qarşılaşmalarında olduğu kimi insidentsiz ötüşməyib. "Qarabağ" komandası uzatma dəqiqələrində baş hakim Elçin Məsiyevin penalti təyin etməməsinə etiraz edib. Məsiyev isə Ağdam klubunun oyunçusu Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərib.

Əsas mövzular