CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İngiltərənin futbol tarixində gözlənilməz dönüş baş verib

© AFP 2023 / SAMEER AL-DOUMYФутбольные мячи, фото из архива
Футбольные мячи, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.05.2021
Abunə olmaq
Oyunda yeganə qolu 63-cü dəqiqədə Yuri Tilemans vurub. Ben Çiluell görüşün sonlarında bərabərlik qolunu vursa da, VAR-a müraciət edildikdən sonra top hesaba alınmayıb.

BAKI, 15 may - Sputnik. Mayın 15-də futbol üzrə İngiltərə kubokunun final görüşü keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, turnirin həlledici görüşündə “Lester Siti” və “Çelsi” klubları üz-üzə gəlib.

"Lester Siti" Londondakı "Uembli" stadionunda 21 min tamaşaçının iştirakı ilə keçirilmiş final oyununda "Çelsi"yə minimal hesabla qalib gəlib - 1:0.

Oyunda yeganə qolu 63-cü dəqiqədə Yuri Tilemans vurub. Ben Çiluell görüşün sonlarında bərabərlik qolunu vursa da, VAR-a müraciət edildikdən sonra top hesaba alınmayıb.

Beləliklə, "Lester Siti" tarixində ilk dəfə İngiltərə kibokunun qalibi olub. "Tülkülər" kuboku əldə edən 44-cü komanda olub. Əvvəlki dörd finalda “Lester Siti” məğlubiyyətlə üzləşiblər.

Xəbər lenti
0