Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ronaldunun əvəzindən anası söz verdi: Gələn il Portuqaliyada oynayacaq

© Sputnik / Alexey Filippov / Mediabanka keçidКриштиану Роналду в матче группового этапа Лиги Чемпионов УЕФА между ФК "Локомотив" и ФК "Ювентус", 2019 год
Криштиану Роналду в матче группового этапа Лиги Чемпионов УЕФА между ФК Локомотив и ФК Ювентус, 2019 год - Sputnik Azərbaycan, 1920, 14.05.2021
Abunə olmaq
Portuqaliyalı ulduz "Yuventus"a Madridin "Real" klubundan 2018-də gəlib. Onun "Yuve" ilə müqaviləsi 2022-ci ilin yayınadəkdir.

BAKI, 14 may - Sputnik. Turinin "Yuventus" klubunun forvardı Kriştianu Ronaldunun anası Dolores Aveyru istəyir ki, oğlu Portuqaliyanın "Sportinq" klubuna keçsin.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Guardian yazır.

Ronaldunun karyerasını başladığı "Sportinq" 2002-ci ildən bəri ilk dəfə Portuqaliya çempionu olub. Çərşənbə axşamı o, "Boavişta"ya qalib gələrək titulu əldə edib.

"Sportinq"in çılğın fanatlarından olan Aveyru küçədə çempionluğu qeyd edən azarkeşlərə balkondan deyib ki, Ronaldunun kluba qayıtmasına çalışacaq.  

"Onunla danışıb əlimdən gələni edəcəyəm ki, gələn il "Sportinq"ə qayıtsın. Gələn il o, Alvaladedə ("Sportinq"in stadionu - red.) oynayacaq", - Aveyru deyib.

Ronaldu "Sportinq"də 2002-2003-cü illərdə oynayıb.

Portuqaliyalı ulduz "Yuventus"a Madridin "Real" klubundan 2018-də gəlib. Komanda ilə birlikdə o, iki dəfə İtaliya çempionu olub. İndiki mövsümdə portuqaliyalı ulduz İtaliya çempionatının 32 oyununa çıxıb. Aktivində 28 qol və 3 məhsuldar ötürmə var. Onun "Yuve" ilə müqaviləsi 2022-ci ilin yayınadəkdir. 

Kriştianu 2003-2009-cu illərdə "Mançester Yunayted"də oynayıb. Klubla üç dəfə İngiltərə çempionu olub, ölkə kuboku və superkubokunu, iki Liqa Kubokunu, Çempionlar liqasını və dünya klub çempionatını qazanıb.

Xəbər lenti
0